Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Ölkə » Azərbaycanla Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq müzakirə edilib
Azərbaycanla Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq müzakirə edilib

2 oktyabr tarixində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak məqsədilə ölkəmizdə səfərdə olan Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatının (APSCO) baş katibi xanım Yu Qi ilə ikitərəfli görüş keçirib.
Reportyor.tv xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Görüş zamanı Azərbaycan və APSCO arasında elm, tədqiqatlar və təlimlər istiqamətində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti