Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Ölkə » Karasin Ermənistanda Rusiya telekanallarının mümkün bağlanması ilə bağlı məsələyə münasibət bildirib
Karasin Ermənistanda Rusiya telekanallarının mümkün bağlanması ilə bağlı məsələyə münasibət bildirib

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin Ermənistan parlamentinin deputatı Lusine Badalyanın ölkədə Rusiya telekanallarının mümkün bağlanması ilə bağlı bəyanatına münasibət bildirib.
Reportyor.tv xəbər verir ki, bu barədə Karasin “Telegram” kanalında paylaşım edib.
“Erməni parlamentarilərdən birinin qəribə bəyanatı məni təəccübləndirdi. Açığını desəm bu çox qalmaqallıdır. Bilmirəm, bu, anti-Rusiya meyilləridir yoxsa siyasi dividend qazanmaq cəhdidir? Əminəm ki, belə şeylər Ermənistanda dəstək tapmayacaq və müəyyən siyasi vəziyyət naminə xalqlarımız arasındakı çoxəsrlik dostluğu sarsıtmayacaq”, - deyə o bildirib.
Karasin xatırladıb ki, sentyabrda keçirilən Rusiya-Ermənistan Media Forumunda Ermənistan kanallarının yayımı məsələləri ətraflı müzakirə olunub. Bu məsələnin inkişafı diqqətdə saxlanılır.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti