Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Ölkə » MİDA: Yaxın iki il ərzində 7 min ailənin mənzillə təminatı proqramlaşdırılır
MİDA: Yaxın iki il ərzində 7 min ailənin mənzillə təminatı proqramlaşdırılır

MİDA fəaliyyətinə başlayandan indiyədək, yəni 7 il ərzində 7 layihənin icrası həyata keçirilib. Bu müddətdə 8463 ailə mənzildə təmin edilib. Bu mənzillərdən 7 mini Bakıda, mindən çoxu isə regionlarda yerləşir.
Reportyor.tv xəbər verir ki, bu fikirləri MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı “Şəhərsalma Həftəsi 2023” çərçivəsində təşkil olunan "Ümumdünya Məskunlaşma Günü" Forumunda panel çıxışında deyib.
"Yaxın iki il ərzində daha 7 min ailənin mənzillə təminatı proqramlaşdırır", - o əlavə edib.
Fərman Qurbanlı MİDA-nın Bakı, Sumqayıt, Yevlax, Gəncə və işğaldan azad edilən Füzuli və Cəbrayıl inşa prosesi apardığını vurğulayıb: "Cəbrayıl 32 binada 712 mənzilin inşası nəzərdə tutulub. Layihələndirmə zamanı iş yerinə yaxınlıq, yaşıllıq ərazilərin və abadlaşması, uşaq meydançalarının yerləşdirilməsinə diqqət yetirilir. Hazırda güzəştli mənzillərin əldə edilməsi üçün sistem üzərindən 30 mindən çox qeydiyyatdan keçən var".

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti