
"Atəşgah Həyat" sığorta şirkətinin rəhbərliyinə yeni təyinatlar olub.
Reportyor.tv sığorta şirkətindən əldə etdiyi məlumata görə, baş direktorlar Şəfəq Həsənova və Ayla Mustafayeva "Atəşgah Həyat"ın İdarə Heyətinə (İH) üzv seçiliblər.
Yeni təyinatla sığorta şirkətinin idarə heyətinin tərkibi 5 nəfərə çatıb. Sığorta şirkətinin İH-nin sədri hazırda Azər Əliyev, sədr müavini Orxan Şirinli, İH-nin digər üzvü isə Xəqani Baxşəliyevdir.
Xatırladaq ki, “Atəşgah Həyat Sığorta” 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6.5 milyon manatdır. Şirkətin səhmləri 100% “Ran-Exim” MMC-yə məxsusdur.






Şərhlər