Qeyri-müntəzəm sərnişindaşıma ilə məşğul olanlara qarşı reyd keçirilib
Tarix: 17-10-2023, 21:35
Baxılıb: 120
Google+ Paylaş
Tumblr Paylaş

Qeyri-müntəzəm sərnişindaşıma ilə məşğul olanlara qarşı reyd keçirilib

17-10-2023, 21:35

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində qeyri-müntəzəm sərnişindaşıma ilə məşğul olan şəxslərə qarşı reyd keçirib. Məqsəd həmin daşıyıcıların oktyabrın 1-dən qüvvəyə minmiş icazələr əsasında fəaliyyət göstərməyə cəlb edilməsi, bu barədə maarifləndirilməsidir.
Bu barədə Reportyor.tv xəbər verir.
Qeyd olunub ki, qanunvericiliyin tələbinə əsasən ölkə daxilində qeyri-müntəzəm sərnişindaşıma, eləcə də yükdaşıma ilə məşğul olan şəxslər mütləq qaydada buraxılış vəsiqəsi əldə etməlidirlər. Buraxılış vəsiqəsi AYNA tərəfindən 7 il müddətinə verilir və bunun üçün heç bir ödəniş tələb olunmur.
Qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsini müvafiq sənədləri elektron qaydada AYNA-ya təqdim edərək almaq mümkündür. Bunun üçün agentlik “AYNA” İnformasiya Sisteminin “Daşıyıcılar” altsistemini istifadəyə verib. İstifadəçilər “e-xidmet.ayna.gov.az” portalına daxil olaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçməlidirlər.
Ölkədaxili sifarişli daşımaların icazə əsasında tənzimlənməsində əsas məqsəd avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətləri istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə təhlükəsizliyin, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunmasıdır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ