Gəmi sahibinin və gəmi kapitanının vəzifələri artırılır
Tarix: 18-10-2023, 11:40
Baxılıb: 143
Google+ Paylaş
Tumblr Paylaş

Gəmi sahibinin və gəmi kapitanının vəzifələri artırılır

18-10-2023, 11:40

Gəmi sahibinin və gəmi kapitanının vəzifələri artırılır.
Reportyor.tv xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ticarət Gəmiçiliyi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, gəmi sahibi gəminin bu Məcəllədə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan tələblərə uyğunluğunu təmin etməlidir. O cümlədən gəmi sahibi dənizdə gəmidə baş vermiş qəza barədə dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməlidir.
Gəmi kapitanı isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi ilə bağlı göstərişlərini icra etməlidir. Eyni zamanda gəmi kapitanı dənizdə gəmidə baş vermiş qəza barədə dərhal gəmi sahibinə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməlidir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və Dəniz limanı kapitanının funksiyaları sırasına isə aşağıdakılar əlavə edilir:
- dəniz yollarını və dəniz üzgüçülüyü məqsədləri üçün istifadə edilən digər dəniz ərazilərini, habelə onların adlarını müəyyən etmək;
- gəmilərin hərəkətinin və dayanmasının qadağan edildiyi rayonları müəyyən etmək, habelə liman akvatoriyasının müəyyən edilməsi üçün tədbirlər görmək;
- limanlarda və dəniz nəqliyyatı obyektlərində gəmi tullantılarının qəbulu qurğularının adekvatlığını qiymətləndirmək;
- gəmilərdə mühafizə tədbirlərinə əməl edilməsinə nəzarəti həyata keçirmək.



Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ