Toyota-nın Azərbaycandakı rəsmi dileri Toyota Abşeron Mərkəzi daha bir uğura imza atıb. Belə ki, Mərkəz Toyota-nın Avropadakı ən yaxşı dilerlərinə verilən Ichiban 2023: The Best Toyota Retailer in Town (BRIT) mükafatını qazananlar sırasındadır. 2500-dən çox diler arasında keçirilən bu yarışda Toyota Abşeron Mərkəzi eyni zamanda “Contribution to Society” mükafatına da layiq görülüb.
“Ichiban” sözü yaponcada “Nömrə bir” deməkdir və bu mükafat hər il öz ölkəsində müştərilərə ən üstün xidmət göstərən, onları dinləyən və düzgün yardım göstərən dilerlərin əməyini qiymətləndirmək üçün verilir. “Contribution to Society” mükafatı isə BRIT təşəbbüsü olaraq Toyota Abşeron Mərkəzi tərəfindən sağlamlıq imkanları məhdud olan və kimsəsiz uşaqlara göstərdiyi yardım kampaniyasını uğurla həyata keçirdiyinə görə layiq görülmüşdür.
Toyota üstünlüklərindən yararlanmaq üçün Bakı-Sumqayıt şossesi, 6-cı km ünvanında yerləşən Toyota Abşeron Mərkəzini ziyarət edə bilərsiniz.