Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Ölkə » Dövlət Xidməti tərəfindən 9 ayda 4,6 mln. zərərverici virus bloklanıb
Dövlət Xidməti tərəfindən 9 ayda 4,6 mln. zərərverici virus bloklanıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə "AzstateNet" dövlət şəbəkəsində 2023-cü ilin 3 rübü ərzində 709 milyon 735 min zərərli keçid yeni nəsil mühafizə avadanlıqları vasitəsilə, 4 milyon 602 min zərərverici virus mərkəzləşdirilmiş antivirus sistemi vasitəsilə bloklanıb.
Bu barədə Reportyor.tv Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) yaydığı məlumata istinadən xəbər verir.

Məlumata görə, 56 min 527 virus tərkibli sənəd isə xüsusi mühafizə sistemləri vasitəsilə aşkarlanaraq dövlət qurumlarına göndərilməsinin qarşısının alınmasını həyata keçirib.



Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti