
Azərbaycan Ordusunun xüsusi təyinatlıları Türkiyə Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Kayseridə keçirilən “Erciyes-2023” hərbi təlimdə iştirak edib.
Reportyor.tv Türkiyə müxbiri xəbər verir ki, 2 gün davam edən təlimdə 9 ölkədən 652 personal qatılıb, 354 növ texnika və silah növündən istifadə olunub.
Təlimlərdə həm gecə, həm də gündüz müəyyən olunmuş koordinatlarla paraşüt tullanışları həyata keçirilib, şərti düşmən məhv edilərək ərazinin təhlükəsizliyi təmin edilib.





Şərhlər