Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Ölkə » Moskvada dağ yəhudilərindən bəhs edən kitabın təqdimatı olub - FOTO
Moskvada dağ yəhudilərindən bəhs edən kitabın təqdimatı olub - FOTO

Rusiya paytaxtında “Kiçik xalqın böyük yolu. Azərbaycanda dağ yəhudiləri” adlı kitabın təqdimat mərasimi keçirilib.
Reportyor.tv Moskva müxbiri xəbər verir ki, Azərbaycanın Rusiya Federasiyasındakı Gənc Diplomatlar İttifaqı və “Alef” hərəkatının sədri Abram İxiilovun müəllifi olduğu kitabrın təqdimatı “Dağ Yəhudiləri Birliyi”ndə təşkil olunub.
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan kitab təqdimatında Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, “STMEQİ” fondunun, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR), “Alef” yəhudi hərəkatının nümayəndələri və fəalları iştirak ediblər.
Müəllif Abram İxiilov bildirib ki, dağ yəhudiləri heç vaxt özlərini Azərbaycandan ayırmayıb: “Harada olmağımızdan, yaşamağımızdan asılı olayaraq biz hər zaman deyirik ki, biz azərbaycanlıyıq. Tale elə gətirib ki, biz qəlbimizi iki yerə parçalamışıq: Bizim vətənimiz Azərbaycan və tarixi vətənimiz İsrail. “Kiçik xalqın böyük yolu” kitabını yazmaq ideyası məndə 2020-ci ildə, İkinci Qarabağ müharibəsi başlayanda yarandır. Mən qərara gəldim ki, buna öz töhvəmi verməliyəm. Ona görə ki, 50-100 il sonra gənclik belə kitablardan hansısa faktları əldə edəcək. Ona görə də, mən azərbaycanlılar haqqında ədalət və həqiqət barəsində, 30 illik işğal dövründə baş verənlər haqqında yazmaq qərarına gəldim. Bundan başqa kitabda yəhudilərin soyqırımı “Holokost” haqqında elementlərə də rast gəlmək mümkündür. Bu çox vacib məqamdır”.
Təqdimat mərasimində Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin direktor müavini Nazim İsmayılzadə, AMOR sədri Ceyhun Hüseynov və digər natiqlər çıxış ediblər. Bilidirlib ki, A. İxiilovun qələbə aldığı kitab böyük əmək sahəsində meydana gəlib. Dağ yəhudilərinin Azərbaycan xalqının ayrılmaz hissəsi olduğunu vurğulayan natiqlər qeyd ediblər ki, dağ yəhudiləri də ölkəmizin digər xalqları kimi dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə apararaq canlarından keçiblər.
Tədbirdə kitab təqdimatından əlavə yəhudi və Azərbaycan xalqlarının keçmişi və gələcəyi, beynəlxalq əməkdaşlığın perspektivləri və tarixin inkişfına şəxsiyyətlərin təsiri mövzusunda aktiv müzakirələr aparılıb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti