Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Ölkə » Bakı metrosunda qatarların ləngiməsinin səbəbi açıqlanıb
Bakı metrosunda qatarların ləngiməsinin səbəbi açıqlanıb

"Həzi Aslanov-Dərnəgül" istiqamətində hərəkət edən qatarın qapılarından birinə müdaxilə nəticəsində maşinist kabinində müvafiq işarəvermə sistemi işə düşüb.
“Bakı Metropoliteni” QSC-dən Reportyor.tv verilən məlumata görə, qapıda hər hansısa problem olmadığı müəyyən olunduğu üçün maşinist yoluna davam edib. Lakin yolun növbəti hissəsində təkrarən işarəvermə sistemi işə düşüb.

“Sərnişinlər düşürülərək qatar ən yaxın yoxlama məntəqəsi kimi elektrik deposuna göndərilib. Əvəzinə qatar verilib və bu səbəbdən iki qatar arasında mövcud intervaldan əlavə 4 dəqiqə fərq yaranıb”, - məlumatda qeyd olunur.



Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti