Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Ölkə » DYP bu sürücüləri cərimələdi
DYP bu sürücüləri cərimələdi

Dövlət Yol Polisi İdarəsinin (DYP) əməkdaşları "MİDA" yaşayış kompleksində piyadaların hərəkətinə maneə yaradan sürücüləri cərimələyib.
Bu barədə Publika.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, "MİDA" yaşayış kompleksinin sakinlərinin 050 800 09 02 whatsapp nömrəsinə gələn çoxsaylı müraciətləri əsasında qeyd olunan ərazidə nəzarət-profilaktiki tədbirlər həyata keçirilib, yol hərəkəti qaydalarını pozaraq avtomobillərini piyada səkilərində saxlayan sürücülər məsuliyyətə cəlb edilib.
Bir daha bütün sürücülərdən səkilərdə avtomobil saxlayaraq piyadaların hərəkətinə maneə olmamaları, onların həyatı üçün təhlükə yaratmamaları tələb olunur.
Qeyd olunan ərazidə bundan sonra da mütəmadi olaraq belə tədbirlər həyata keçiriləcəkdir.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti