Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Ölkə » Gürcüstanın Baş naziri: Əməkdaşlığı dərinləşdirmək, irəli aparmaq üçün qarşılıqlı səfərlərimiz davam edəcək
Gürcüstanın Baş naziri: Əməkdaşlığı dərinləşdirmək, irəli aparmaq üçün qarşılıqlı səfərlərimiz davam edəcək

Bu gün keçirilən görüşümüzdə Azərbaycanla Gürcüstan arasında ticarət məsələsini də müzakirə etdik.
Reportyor.tv xəbərinə görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Respublikasının Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında bildirib.
“Azərbaycan Gürcüstanın xarici ticarətində ilk 5-likdə yer alır. Qarşılıqlı səfərlər davam edəcək. Bu sahədə də əməkdaşlığı dərinləşdirmək, irəli aparmaq üçün qarşılıqlı səfərlərimiz davam edəcək” , – deyə Gürcüstanın Baş naziri deyib.

Şərhlər