Azərbaycanda daha bir şirkət ləğv edilir
Tarix: 11-12-2024, 19:50
Baxılıb: 304
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda daha bir şirkət ləğv edilir

11-12-2024, 19:50

“Prime Textile” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ləğv olunduğunu elan edib.
Publika.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti bildirib.
Belə ki, kreditorlar iki ay ərzində tələblərini AZ1007 Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirəli Qaşqay küçəsi, ev 28, mənzil 48 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, şirkət 2012-ci ildə “Prime Personnel” Məhdud Məsuliyyəti kimi dövlət qeydiyyatına alınıb. 2019-cu ildə isə şirkət rebrendiq edərək indiki adını - “Prime Textile” Məhdud Məsuliyyətli Cəmiyyəti alıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Məmmədova Kəmalə Natiq Qızıdır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ