Azərbaycanda qida məhsullarının adambaşına istehlak göstəriciləri açıqlanıb
Tarix: 20-06-2024, 14:50
Baxılıb: 154
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda qida məhsullarının adambaşına istehlak göstəriciləri açıqlanıb

20-06-2024, 14:50

2023-cü ildə Azərbaycanda adambaşına ət və ət məhsullarının istehlakı 43,5 kq, süd və süd məhsullarının istehlakı isə 258,8 kq təşkil edib.
Bu barədə  Dövlət Statistika Komitəsindən bildirilib.
Bundan başqa, məlumata görə, ötən il hər ölkə vətəndaşı orta hesabla 189 ədəd yumurta, 8 kq balıq və balıq məhsulları, 83,9 kq kartof, 139,3 kq tərəvəz, 35,8 kq bostan məhsulları, 70,1 kq meyvə və giləmeyvə istehlak edib.
İl ərzində adambaşına üzüm istehlakı 18,5 kq, çay istehlakı 1,3 kq, paxlalıların istehlakı 3 kq, düyü istehlakı 6,4 kq, qənnadı məmulatlarının istehlakı 14,2 kq, şəkər istehlakı 27,5 kq, kərə yağı istehlakı 3,9 kq, bitki yağı istehlakı 8,2 kq, pendir istehlakı 6,1 kq, təzə çörək istehlakı 117,7 kq, yarma istehlakı 2 kq, duz istehlakı isə 5,8 kq olub.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ