Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Şou-Biznes » Nazpəri efirdə AĞLADI: “Bütün həyatımı ona qurban verdim” - VİDEO
Nazpəri efirdə AĞLADI: “Bütün həyatımı ona qurban verdim” - VİDEO

Xalq artisti Nazpəri Dostəliyeva efirdə kövrək anlar yaşayıb.
Sənətçinin qonaq olduğu “Rəngarəng səhər” verilişində ailə üzvlərinin fotoları nümayiş olunub.

Nəvələrinin və daha sonra iki il əvvəl qəfil ürəktutmasından dünyasını dəyişən oğlu Əlinin şəklini görən Dostəliyeva bu sözləri dilə gətirib:

“Ömrümü və həyatımı köç edib aparan balam Əli... Həyatımı qaraldan, ömrümü puç edən, bütün şöhrətimi və həyatımı ona qurban verdim. Əslində o, məndən hər şeyi alıb apardı”.

Nazpəri bundan sonra proqramda göz yaşlarına qərq olub.



Şərhlər