Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Tramp Kanadanın tikdiyi körpünün yarısını istəyir: Açılmağa qoymayacam!
Tramp Kanadanın tikdiyi körpünün yarısını istəyir: Açılmağa qoymayacam!

ABŞ "tam kompensasiya" alana və aktivin yarısına sahib olana qədər Kanadanın Ontario əyalətindən ABŞ-ın Miçiqan ştatına körpünün açılmasını bloklayacaq.

Reportyor.tv xəbər verir ki, bu açıqlama ilə ABŞ prezidenti Donald Tramp "TruthSocial"da çıxış edib:

"ABŞ onlara təmin etdiyimiz hər şey üçün tam kompensasiya alana qədər bu körpünün açılmasına icazə verməyəcəyəm və ən əsası, Kanada ABŞ-a layiq olduğumuz ədalət və hörmətlə yanaşana qədər. Biz dərhal danışıqlara başlayacağıq".

O, hesab edir ki, ABŞ "bu aktivin ən azı yarısına" sahib olmalıdır.

Körpü ABŞ-ın Miçiqan ştatının Detroyt və Kanadanın Ontario ştatının Vindzor şəhərlərini birləşdirəcək. Nəqliyyat Nazirliyi körpünün dəyərinin 4 milyard dolları keçəcəyini təxmin edir.

Tikinti Kanada federal hökuməti tərəfindən maliyyələşdirilir və yol haqlarının bu xərcləri ödəməsi gözlənilir.

Musavat.com

Şərhlər