
Türkiyə Deyr-əz-Zorda separatçı terror təşkilatının Suriyadakı qolları ilə bəzi ərəb qəbilə ünsürləri arasında bir müddətdir davam edən qarşıdurmaları diqqətlə və narahatlıqla izləyir.
Reportyor.tv İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb
Qeyd olunub ki, bu hadisə terror təşkilatının Suriyanın qədim xalqlarına qarşı zorakılıq və təzyiq göstərməklə, onların təməl insan haqlarını pozaraq onlara hökmranlıq etmək cəhdlərinin yeni təzahürüdür:
“Ümid edirik ki, bu məqsəd və niyyətini İŞİD-ə qarşı mübarizənin tərəfi olduğu iddiası ilə gizlətməyə çalışan terror təşkilatının əsl mahiyyətini Suriya kürdləri də daxil olmaqla bölgənin digər qədim xalqlarına daha çox zülm edilmədən, onları dəstəkləyənlər anlayar”.






Şərhlər