
Ağdam-Əsgəran-Xankəndi avtomobil yoluna elektrik enerjisi verilib.
Reportyor.tv Qarabağ bürosu xəbər verir ki, uzunluğu 1500 metr olan elektrik xəttinin çəkilişi başa çatıb.
Elektrik xətti Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərmək istədiyi ərzaq yüklərinin dayandığı əraziyə 110/35/10 Kv-luq "Ağdam-2" yarımstansiyasından çəkilib.
Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq dörd gündür ki, Ağdam-Əsgəran-Xankəndi avtomobil yolunda gözləyir.
Ağdam-Əsgəran-Xankəndi avtomobil yoluna 10 Kv-luq elektrik xətti çəkilir.
Reportyor.tv Qarabağ bürosu xəbər verir ki, ilkin mərhələdə çəkilən elektrik xəttinin uzunluğu 1500 metr olacaq. 110/35/10 Kv-luq elektrik xətti hazırda Ağdam-Əsgəran-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərmək istədiyi ərzaq yüklərinin dayandığı əraziyə çəkilir.
Xəttin "Ağdam-2" yarımstansiyasından çəkildiyi bildirilir.
Yola ümumilikdə 34 işıq dirəyi basdırılacaq, artıq 20 ədədi basdırılıb. İşlərin günün sonuna kimi yekunlaşması nəzərdə tutulub.
Şərhlər