
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın baş naziri Kiryakos Miçotakis keçirdikləri görüş zamanı Türkiyə-Yunanıstan münasibətlərində mövcud müsbət ab-havanın mövcudluğunu və bunu davam etdirmək əzmində olduqlarını təsdiqləyiblər.
Reportyor.tv xəbər verir ki, liderlər miqrasiya məsələsində birlikdə işləmək barədə razılığa gəliblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiryakos Miçotakislə görüşüb.
Reportyor.tv İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Görüş Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyası çərçivəsində Nyu-Yorkda yerləşən “Türk Evi”ndə baş tutub.






Şərhlər