Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Hikmət Hacıyevdən Zəngəzur dəhlizi ilə bağlı MÜHÜM AÇIQLAMA - 2026-cı ilə qədər...
Hikmət Hacıyevdən Zəngəzur dəhlizi ilə bağlı MÜHÜM AÇIQLAMA - 2026-cı ilə qədər...

Azərbaycan Avropa İttifaqının, o cümlədən Aİ-nin “Qlobal Qapı” təşəbbüsü çərçivəsində yeni nəqliyyat kompozisiyasının bir hissəsi olmasını istəyir.

Reportyor.tv xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə “EU Today”ə müsahibəsində deyib.

O qeyd edib ki, Zəngəzur dəhlizi vasitəsilə illik 15 milyon ton yük daşınacaq və bu dəhlizin Azərbaycanın payına düşən hissəsinin inşası 2026-cı ilə qədər başa çatacaq.

“Bakı Avropa İttifaqını bu yeni yaranan nəqliyyat kompozisiyasında görməyə şad olar”, - Prezidentin köməkçisi bildirib.

Musavat.com

Şərhlər