Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Kreml Poroşenkonun Ukraynaya qayıdışı ilə bağlı vəziyyəti izləmir
Kreml Poroşenkonun Ukraynaya qayıdışı ilə bağlı vəziyyəti izləmir

Kreml sabiq prezident Pyotr Poroşenkonun Ukraynaya qayıtması ilə bağlı vəziyyəti izləmir.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə , bunu jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Xeyr, biz bunu izləmirik. Poroşenko Ukraynanın hazırkı prezidenti Vladimir Zelenskinin siyasi rəqiblərindən biridir. O, müxalifətdədir. Amma bu, bizim yaxından izləyəcəyimiz məsələ deyil”, - D. Peskov əlavə edib.
Kremlin sözçüsü onu da qeyd edib ki, Zelenskinin siyasi opponentləri Ukraynada çətin günlər keçirirlər: “Bu göz qabağındadır. Biz bunu qeyd edirik”.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti