Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Aİ ölkələri Ukraynaya qoşun göndərəcək?
Aİ ölkələri Ukraynaya qoşun göndərəcək?

"Aİ ölkələrinin Ukraynaya qoşun yeritməsi mütləq gündəmdə deyil və heç vaxt da olmayıb”.
reportyor.tv xəbər verir ki, bunu İspaniyanın “El Pais” qəzetinə müsahibəsində Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosep Borell deyib.
O təsdiq edib ki, Avropa ölkələrinin hərbi personalı Ukrayna hərbçilərinin, xüsusən də Qərb tanklarının ekipajlarının təliminə cəlb olunub.
“Artıq onların Polşa və Almaniyadakı təlim düşərgələrində Aİ hərbi missiyasının bir hissəsi kimi təlimləri başlayıb. Bu, avtomobil idarə etməyi öyrənmək kimi deyil, bir neçə həftəlik çox xüsusi təlim tələb edir”, - Avropa diplomatiyasının rəhbəri izah edib.

Şərhlər