Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Cozep Borrell Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrliyinə başlamasını tənqid edib
Cozep Borrell Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrliyinə başlamasını tənqid edib

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrliyinə başlamasını tənqid edib.
APA xəbər verir ki, bu barədə Cozep Borrell "Twitter" hesabında bildirib.
"Rusiyanın bu gün BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi aprel zarafatları (1 aprel) gününə uyğundur. Rusiya, Təhlükəsizlik Şurasının daimi üzvü olmasına baxmayaraq, BMT-nin qanunvericilik bazasının mahiyyətini davamlı şəkildə pozur. Aİ Rusiyanın sədrliyində onun tərəfindən ediləcək istənilən sui-istifadəyə qarşı çıxacaq", - deyə Borrel qeyd edib.
Reportyor.tv

Şərhlər