"PAŞA Bank"ın aktivləri 9%, öhdəlikləri 11% azalıb
Tarix: 15-07-2023, 13:04
Baxılıb: 253
Google+ Paylaş
Tumblr Paylaş

"PAŞA Bank"ın aktivləri 9%, öhdəlikləri 11% azalıb

15-07-2023, 13:04

"PAŞA Bank" ASC 2023-cü ilin ilk yarısı (yanvar-iyun) üzrə maliyyə göstəricilərini açıqlayıb.
Reportyor.tv " xəbər verir ki, "PAŞA Bank"ın bu ilin ilk rübündə xalis mənfəəti ötən ilin eyni dövrünə nisbətən 49,8% və ya 32,3 milyon manat artaraq 97,1 milyon manata yüksəlib. Belə ki, 2022-ci ilin eyni dövründə ban 64,8 milyon manat xalis mənfəət açıqlamışdı.
Hesabat dövründə "PAŞA Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 32,8% və ya 73,6 milyon manat artaraq 297,4 milyon manata yüksəlib. "PAŞA Bank"ın cəmi əməliyyat xərcləri isə (faiz və qeyri-faiz xərcləri) 165,8 milyon manata bərəbər olub. Bu isə 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 28,9% və ya 37,2 milyon manat çoxdur.
İlin əvvəli ilə müqayisədə "PAŞA Bank" kiçilib. Belə ki, bu il iyulun 1-nə bankın aktivləri 9,1% və ya 84 milyon manat azalaraq 8,4 milyard manata enib. Həmçinin bankın kredit protfeli (müştərilərə verilmiş xalis kreditlər) ilin əvvəli ilə müqayisədə 18,2% və ya 604 milyon manat azalaraq 2,7 milyard manata enib.
Bankın cəmi öhdəlikləri 11% və ya 943 milyon manat azalaraq 7,6 milyard manata, o cümlədən depozit portfeli isə 7,3% və ya 527 milyon manat azalaraq 6,7 milyard manata enib. Bankın cəmi kapitalı 750,7 milyon manata bərabər olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 15,8% çoxdur.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ