Rusiya XİN Kanadanın Aİ-nın Ermənistandakı missiyasına qoşulmasına münasibət bildirib
Tarix: 26-07-2023, 13:34
Baxılıb: 267
Google+ Paylaş
Tumblr Paylaş

Rusiya XİN Kanadanın Aİ-nın Ermənistandakı missiyasına qoşulmasına münasibət bildirib

26-07-2023, 13:34

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Kanadanın Avropa İttifaqının (Aİ) Ermənistandakı (Azərbaycanla sərhəddə) Monitorinq Missiyasına qoşulmasına münasibət bildirib.
Reportyor.tv xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, “kanadalıların Ermənistanda peyda olması xarici siyasət müstəqilliyini tamamilə itirmiş Aİ-nin ABŞ və NATO-nun maraqlarına xidmət etməklə məşğul olduğunu açıq şəkildə təsdiqləyir”.
Zaxarova, Aİ-nin Ermənistandakı monitorinq missiyasının Rusiya ilə geosiyasi qarşıdurma vəzifəsinə tabe olduğunu, eyni zamanda, Ermənistan-Azərbaycan sərhədində toqquşmaların qarşısını almadığını vurğulayıb.
“Burada Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına hər hansı töhfədən söhbət getmir”, - o əlavə edib.
Rusiya XİN rəsmisi, bunun bir daha gərginliyin azaldılmasının əsas mexanizmlərindən biri kimi Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın işi olduğunu təsdiq etdiyini deyib.
Zaxarova, nə Brüssel, nə də ABŞ-ın vasitəçiliyi baxımından Cənubi Qafqaz regionunda sabitliyə gətirib çıxaracaq heç bir nəticənin olmadığını bəyan edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ