Salyanı sevindirməyən Sevindik və DOST mərkəzinin "itkin" kartları...
Tarix: 24-06-2020, 11:53
Baxılıb: 3 073
Google+ Paylaş
Tumblr Paylaş

Salyanı sevindirməyən Sevindik və DOST mərkəzinin "itkin" kartları...

24-06-2020, 11:53

Salyanı sevindirməyən Sevindik və DOST mərkəzinin "itkin" kartları...

Rayon icra hakimiyyətlərində DTX-nın həyata keçirdiyi əməliyyatları zamanı DOST Mərkəzinə güya işə düzələn insanların maaş kartlarının vəzifəli şəxslərdən müsadirə olunmasının şahidi olduq. Qeyd edək ki, son zamanlar DOST Mərkəzinin rayon şöbələrində korrupsiya halları diqqət mərkəzindədir. Ölkə prezidenti də aparılan həbslərlə bağlı açıqlqmalarında da bu məsələyə dəfələrlə toxunub və bildirib ki, icra başçıları onun tərəfindən ictimai işlə təmin olunan kasıb insanların payına şərik olmaları vicdansızlıqdır.

Ölkədə karantin rejimi elan olunduqdan sonra isə ayrı-ayrı rayonlarda 190 manat üçün müraciət edən bəzi vətəndaşlara birdən birə məlum oldu ki, sən demə, onlar DOST Mərkəzində işlə təmin olunublar.

Obyektiv.info xəbər verir ki, bir çox icra başçıları baş bəlası kartlardan qurtulmaq üçün yollar axtarırlar. Bəzi rayonlarda saxta kartların "sahibləri" "işdən çıxarılsalar da" (bu da onlar üçün problemdir. Çünki ictimai işlərə cəlb edilən insanların sayının kəskin şəkildə azalması diqqət çəkən bir məsələdir və bu prezidentin diqqətini cəlb edə bilər.) bəzi başçılar və onların müavinləri kartları gözdən-könüldən uzaq yerlərə yollayıblar və bu kartlardan pullar hələ də çıxarılmaqda davam edir.

Obyektiv.info-ya Salyandan daxil olan məlumata görə bu rayonun rəhbərləri də daha əvvəl kabinetlərindəçsaxladıqları kartları rayondan kənara çıxarıblar. Bu barədə saytımıza danışan şəxs bildirib ki, o özü bazarda kiçik alverlə məşğul olur. Qardaşı isə əsasən ölkədən kınarda yaşayır. Buna baxmayaraq tez-tez Azərbaycana gedib gəlir. Bir müddət əvvəl təsadüfən öyrənib ki, qardaşının adına DOST Mərkəzində kart var və bu kart icra başçısının müavini R.Cəbrayılovdadır. Buna baxmayaraq həmin şəxs susmağa üstünlük verib, çünki bazardakı yerini itirməsindən, ya da şərlənib həbs edilməsindən çəkinib. Buna görə də saytımızı məlumatlandıran şəxs heç bir halda adınln açıqlanmasını istəmir.

Qeyd edək ki, Salyanda DOST Mərkəzində 400-dən artıq şəxs işlə təmin olunub və bu əsasən plan xarakterli iş olub. Həmin işə qəbul edilən şəxslərin təxminən yarısının saxta olduğununqeyd edən həmsöhbətimiz qeyd edib ki, onların müəyyən hissəsi bundan xəbərsiz olsalar da, müəyyən hissə adlarında maaş kartının olmasından xəbırdardırlar. Sadəcə müəyyən bir şeyin qarşılığında onlar buna razılıq veriblər.

Kartların böyük hissəsinin isə Salyan rayon İcra Hakimiyyətinin başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılovda olduğu bildirilir. Əlbəttə ki, bundan Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun xəbəri var və mənbənin bildirdiyinə görə S.Hətəmovun bundan xəbərsiz olması imkansızdır. Kartlardakı pulların böyük hissəsinin də S.Hətəmova çatdırıldığını da Salyanda hər kəs bilir.

Salyanda gəzən söz-söhbətə hörə isə R.Cəbrayılov həbs dalğaları başlayandan sonra həmin kartları rayondan çıxarıb və Bakıdakı bir neçə qohumuna, o cümlədən R.Cəbrayılovun obyektlərində çalışan şəxslərə verib. Onlar isə hər ay kartdan pulları çıxarıb R.Cəbrayılova təqdim edirlər.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ