
Adanada yerləşən İncirlik Hərbi Hava Bazasında həyəcan siqnallarının səsləndiyinə dair sosial mediada yayılan məlumatlar narahatlıq yaradıb.
Reportyor.tv xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi məsələyə aydınlıq gətirib.
Nazirliyin açıqlamasında bildirilib ki, sosial mediada yayılan məlumatlar yanlışdır və bazada heç bir hücum və ya digər təhlükəli vəziyyət baş verməyib:
“Sosial mediada İncirlikdə həyəcan siqnallarının çaldığı barədə paylaşımlar edilir. Hər hansı bir hücum və ya mənfi hadisə yoxdur. Bu, yanlış siqnal hesab olunur.”
Qeyd edək ki, İncirlik Hərbi Hava Bazası Türkiyədə strateji əhəmiyyətə malik obyektlərdən biridir.
Musavat. com






Şərhlər