Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Moskvaya DƏHŞƏTLİ HÜCUM başladı - Paytaxt merindən TƏCİLİ AÇIQLAMA
Moskvaya DƏHŞƏTLİ HÜCUM başladı - Paytaxt merindən TƏCİLİ AÇIQLAMA

Ukraynaya məxsus dronlar növbəti dəfə Rusiya paytaxtını hədəf alıb.

Reportyor.tv xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin öz sosial şəbəkə hesablarında məlumat paylaşıb.

Merin son bir neçə dəqiqə ərzində yaydığı ardıcıl açıqlamalara görə, Moskvaya yaxınlaşarkən ümumilikdə 8 pilotsuz uçuş aparatı (PUA) vurulub.

İlkin məlumatlara görə, hadisə nəticəsində hər hansı dağıntı və ya xəsarət alan yoxdur.

Xatırladaq ki, ötən gecə Ukrayna hərbçiləri Rusiya şəhərlərinə qarşı kütləvi dron hücumu həyata keçirib. Rusiya Müdafiə Nazirliyi həmin hücum zamanı 389 dronun zərərsizləşdirildiyini bəyan edib.


Musavat.com

Şərhlər