Daşkəsən icrada vəzifə səlahiyyətlərindən sui-istifadə - icra başçısı və müavini belə qoçuluq edir(MƏCBURİ KÖÇKÜNDƏN MÜRACİƏT)
Tarix: 5-07-2020, 14:01
Baxılıb: 842
Google+ Paylaş
Tumblr Paylaş

Daşkəsən icrada vəzifə səlahiyyətlərindən sui-istifadə - icra başçısı və müavini belə qoçuluq edir(MƏCBURİ KÖÇKÜNDƏN MÜRACİƏT)

5-07-2020, 14:01

Kəlbəcər rayon Kilsə kənd sakini məcburi köçkün Atayev Zabil Mansır oğlu Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı və müavini ilə bağlı Kainat.tv-ə müraciət ünvanlayıb.

Həmin müraciəti olduğu kimi təqdim edirik:

 
"Bu şikayətimdə yazıb sizə bildirirəm ki, Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müavini Namiq Süleymanov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qoçuuqla, özbaşınalıqla məşğul olur.O bu hərəkətləri Daşkəsən rayon icra başçısı Əhəd Abıyevin göstərişi ilə edir.

27.05.2020-ci il tarixdə yay mövsümününün gəlişi ilə əlaqədar olaraq öz köçümü yaylağa apararkən Daşkəsən rayon icra hakimiyyəti başçısının müavini Namiq Süleymanov rayonun giriş postunda bizi qanunsuz olaraq saxlatdırdı.Mən Daşkəsən rayon icra hakimiyyəti tərəfindən 04.05.2020-ci il tarixdə yaylaq ərazisində torpağın icarəyə verilməsi ilə bağlı müqaviləni ona təqdim etdim.

Buna baxmayaraq Namiq Süleymanov mənə dedi ki, sözügedən yaylaq icra başçısı tərəfindən Qaraşov Nofəl Bahadur oğluna məlum qiymətə satılıb.Bu yuxarının göstərişidir. Sizi buraxa bilmərəm. Hətta, icra başçının müavini məni saatlarla gözlətməli oldu. Köç avtomobilində 7 nəfər azyaşı uşaq olmaqla 14 nəfər səhər saat 6:00-dan saat 16:00-a kimi ac – yalavac qızmar günəşin altında saxlanıldı. Namiq Süleymanov bizə olmazın əziyyətini yaşatdı.Hələ bu azmış kimi həmin vaxt azyaşlı nəvəm Atayev Yusif Nurlan oğlunu avtomobil vuraraq ona ağır bədən xəsarəti yetirdi.Hazırda baş verən yol qəzası ilə bağlı Daşkəsən Rayon Polis Şöbəsində cinayət işi qaldırılaraq istintaq aparılır.
 

Törədilən həmin yol-nəqliyyat hadisəsinin bir başa baiskarı icra başçısının "yaylaq biznes”inə baxan müavini Namiq Sülüeymanovdur. Sual edirəm ki, hansı qanunvericilikdə yazılıb ki, icra başçısnın müavini köç maşınlarını saatlarla saxladıb onlara olmazın işgəncəsini versin? Axı bu cür hallar Daşkəsəndə baş verən ilk hal deyil.Bu rayonda özündənrazı, korrupsiyaya qurşanmış icra başçısı Əhəd Abıyevin  "mükəmməl idarəetmə”si sayəsində məmur özbaşınalığı ən pik həddə çatıb.Çox hörmətli cənab Prezident,Sizcə digər rayonlarda olduğu kimi Daşkəsənə də "dur” demənin vaxtı deyilmi?

Mən mətubat vasitəsi ilə çox hörmətli Baş Prokuror cənab Kamran Əliyevdən xahiş edirəm,  Daşkəsən rayon İcra Hakimiyyəti başçısının müavini Namiq Süleymanovun baş verən cinayət hadisəsi ilə bağlı qanunsuz hərəkətlərinin araşdırılmasına göstəriş verəsiniz. Həmin günü baş vermiş yol-nəqliyyat hadisəsinin bir başa günahkarı bizi saatlarla orada saxlatdıran Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Namiq Süleymanovdur. (kainat.tv)
Reportyor.tv
        


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ