www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto İdman Bölgə Cəmiyyət
Mehriban Əliyeva:
Mehriban Əliyeva: "20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub"
20 Yanvar faciəsindən 30 il ötür - Fotolar
20 Yanvar faciəsindən 30 il ötür - Fotolar
Millətin dəyəri onun şərəfli övladıdır
Millətin dəyəri onun şərəfli övladıdır
İcra başçısının şəhid ailəsinə etdiyi zülm ƏRŞƏ DİRƏNİB - Prezidentə VİDEOMÜRACİƏT
İcra başçısının şəhid ailəsinə etdiyi zülm ƏRŞƏ DİRƏNİB - Prezidentə VİDEOMÜRACİƏT
Xəbərlər>Bölgə / ÖLKƏ
14-01-2020, 10:06

Almaniyada 554 mənzil almış Nasir Mustafazadənin oğlu Nicat Mustafazadənin 113 saylı Şəki şəhər seçki dairəsindən namizədliyi təsdiq olunub.

Almaniyada 554 mənzil almış Nasir Mustafazadənin oğlu Nicat Mustafazadənin 113 saylı Şəki şəhər seçki dairəsindən namizədliyi təsdiq olunub.
Deputatlığa namizədlər arasında iki gəncin adı xüsusi diqqət çəkir. Reportyor.info-nun araşdırmasına görə, 113 saylı Şəki şəhər seçki dairəsində məmur balası ilə milyonçu oğlunun amansız mübarizəsi gözlənilir.

Belə ki, vaxtilə Almaniyada 554 mənzil almış Nasir Mustafazadənin oğlu Nicat Mustafazadənin 113 saylı Şəki şəhər seçki dairəsindən namizədliyi təsdiq olunub.

Nicat Mustafazadə "Kapital Bank” ASC-də aparıcı mütəxəssisdir, İngiltərənin Durham biznes məktəbinin məzunudur.

Atası Nasir Mustafazadə "Azəri Servis LTD”nin rəhbəridir, əvvəllər "Azərkəndsutəchizatı” Dövlət Konsernində çalışıb.

Onun sahib olduğu şirkət irihəcmli tenderlərin "qalibi” olub, əsas sifarişçiləri "Meliorasiya və Su Təsərrüfatı”ASC, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu olub.

Həmçinin, "Azərsu” ASC, Bakı şəhəri Mənzil Kommunal Departamenti və rayon icra hakimiyyətləridir. Bir neçə il əvvəl Almaniyanın Frankfurt şəhərində 554 mənzil aldığı və sonradan bütün mənzilləri türk işadamına 22 milyon 800 min avroya satdığı məlum olmuşdu.

İndi oğlu N.Mustafazadə Şəkidən deputatlığa iddialıdır. Oliqarx oğlunun şanslarının sırf maliyyə hesabına yüksək olduğunu söyləmək olar.

Lakin 113 saylı Şəki şəhər seçki dairəsindən YAP-ın namizədi İskəndərov Vüqar Yapon oğludur. Hazırda Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi, YAP Şəki şəhər Təşkilatının sədr müavini olan V.İskəndərov idmançı kimi tanınır. Onun da deputatlıq şansı az deyil.

Bu dairədə oliqarx və Yapon oğlunun əsas rəqibi isə Şəkinin icra başçısının müavini Firon Əliyevin oğludur.

Firon Əliyevin 1988-ci il təvəllüdlü oğlu Toğrul Əliyevin namizədliyi 113 saylı Şəki şəhər seçki dairəsindən təsdiq olunub.

Toğrul Əliyev keçmiş vergilər naziri Fazil Məmmədova məxsus "SYNERGY GROUP” MMC-də kommersiya departamenti direktoru vəzifəsində çalışır.

Firon Əliyev 19 ildən bəridir ki, icra başçısının müavinidir, yerli idarə və müəssisələrin bir çoxunda onun adamları rəhbər vəzifələri tutur.

Bir neçə il qabaq başçı ilə müavini F.Əliyev arasında qalmaqal olduğu barədə KİV yazmışdı. Beləliklə, 113 saylı dairəni "ölüm dairəsi” adlandırmaq olar.

Çünki hər üç rəqib gəncdir, şansları bərabərdir və kinin qalib gələcəyini 9 fevral günü biləcəyik. Meydanda oliqarx, Yapon və Firon balaları var. Seçim şəkili seçicilərindir…
 скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
Binəqədidə icra başçısının göstərişi ilə Qarabağ qazisinin evi uçuruldu – VİDEO
Binəqədidə icra başçısının göstərişi ilə Qarabağ qazisinin evi uçuruldu – VİDEO
Hacıqabulda şok əməliyyat:
Hacıqabulda şok əməliyyat: "Qoca"nın qardaşı həbs edildi - Foto
ABŞ konqresmenləri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yayıb
ABŞ konqresmenləri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yayıb
Fəzail Ağamalı Kürsəngi kəndində şəhid ailələri və kənd ağsaqqalları ilə görüşüb
Fəzail Ağamalı Kürsəngi kəndində şəhid ailələri və kənd ağsaqqalları ilə görüşüb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər
60-ın “Sonuncu FƏSİL”İ...
60-ın “Sonuncu FƏSİL”İ...
Mehriban Əliyeva:
Mehriban Əliyeva: "20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub"
20 Yanvar faciəsindən 30 il ötür - Fotolar
20 Yanvar faciəsindən 30 il ötür - Fotolar
Millətin dəyəri onun şərəfli övladıdır
Millətin dəyəri onun şərəfli övladıdır
Prezident sığorta sahəsində maarifləndirmə işlərinin aparılmasını tapşırıb
Prezident sığorta sahəsində maarifləndirmə işlərinin aparılmasını tapşırıb