Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Səidə Bəkirqızı ölümlə təhdid olundu
Səidə Bəkirqızı ölümlə təhdid olundu

Tanınmış aparıcı Səidə Bəkirqızı ölümlə hədələnib.

Reportyor.tv Bizim.Media-a istinadən əldə etdiyi məlumata görə, sosial şəbəkədə Tamerlan Nəsirli adlı şəxs S. Bəkirqızına ard-arda ölüm təhdidlərinin yer aldığı mesajlar göndərib.

Hətta o, tanınmış jurnalisti “Artıq ölüm hökmü verilib, yaxında gəbərəcəksən” ifadələri ilə təhdid edib.


Bundan əlavə, sözügedən şəxsin Lənkəran rayon sakini olduğu məlum olub.
Mesajlaşma zamanı o, S. Bəkirqızına “Lənkəran bayraq meydanına gəl”, deyə, bildirib. S. Bəkirqızının T. Nəsirli tərəfindən ölüm təhdidlərinə məruz qalmasına səbəbin İranla bağlı çıxışları olduğu ehtimal edilir.

Şərhlər