www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto İdman Bölgə Cəmiyyət
İcra başçısının şəhid ailəsinə etdiyi zülm ƏRŞƏ DİRƏNİB - Prezidentə VİDEOMÜRACİƏT
İcra başçısının şəhid ailəsinə etdiyi zülm ƏRŞƏ DİRƏNİB - Prezidentə VİDEOMÜRACİƏT
“Mənim oğlumun qatili icra başçısı Aqil Nəzərlidir!” – VİDEO
“Mənim oğlumun qatili icra başçısı Aqil Nəzərlidir!” – VİDEO
Deputatlığa namizəd çörəyini yavan yemirmiş… – Ülvi Quliyevin obyektlərinin siyahısı yayıldı
Deputatlığa namizəd çörəyini yavan yemirmiş… – Ülvi Quliyevin obyektlərinin siyahısı yayıldı
Ağdaşın icra başçısı bunu da etdi... - VİDEO
Ağdaşın icra başçısı bunu da etdi... - VİDEO
Xəbərlər>Cemiyyət
13-01-2020, 11:05

Qadınlar gözəl göründüklərinə görə döyüldülər - FOTO Яндекс.Директ

Qadınlar gözəl göründüklərinə görə döyüldülər - FOTO Яндекс.Директ

Xarici görünüşləri və geyimləri həsəd yaradan ana ilə qızı qəddarcasına döyülüb.

Bu barədə "Daily Mail” xəbər yayıb.

Məlumata görə, hadisə Böyük Britaniyanın Qərbi Susseks qraflığında baş verib.

Bildirilir ki, 44 yaşlı Liza Holl 23 yaşlı qızı Holli ilə hər zaman getdiyi kafedə istirahət edirmiş. Bir müddət sonra Liza qızının tanımadığı qadınlarla söhbət etdiyini görüb. Bundan sonra Holli qızların onları gecə klubuna dəvət etdiyini bildirib. Britaniyalı qadın özü imtina etsə də, qızını və yeni tanışlarını ora ötürməyə razılıq verib.

Onlar yolla gedərkən qadınlardan biri geri dönüb və qəfildən onları söyüb, sonra isə hücum edib. Dava başlayıb. Ana və qızı özlərindən gedənə qədər döyülüblər.

Nəticədə, Liza ayağından aldığı travmalara görə altı saatlıq əməliyyat olunmalı olub. Holli isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanada yatır.

Müşahidə kameralarının köməyilə polislər hücumçuları müəyyənləşdiriblər. Onlar 22 yaşlı Zouri Li və 47 yaşlı anası Coana olub.

Məhkəmə artıq onları beş il müddətinə azadlıqdan məhrum edib. Qadınlar etdikləri əməldən peşman olmadıqlarını bildiriblər.

Liza hesab edir ki, onlar gözəl xarici görünüşləri və dəbli geyimlərinə həsəd aparıldığı üçün hücuma məruz qalıblar. (oxu.az)

скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR