Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » “Hacı Tramp” paylaşımı gündəm oldu
“Hacı Tramp” paylaşımı gündəm oldu

ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni və son dərəcə sərt açıqlama verib. Reportyor.tv xəbər verir ki, o, Fox News kanalına müsahibəsində mümkün razılaşma üçün vaxt qoyduğunu bildirib.

Tramp qeyd edib ki, tərəflər sabaha qədər razılığa gələ bilər, əks halda ABŞ çox ağır addımlar atacaq:
“Sabaha qədər razılaşma mümkündür. Əgər bu baş verməsə, hər şeyi havaya uçuracağıq və İranın nefti mənim olacaq”, – deyə o bildirib.

ABŞ prezidenti bununla kifayətlənməyərək daha qalmaqallı iddia da səsləndirib. Onun sözlərinə görə, Vaşinqton İran daxilində etirazçılara silah göndərib:

“Etirazçılara silah yolladıq, həm də çox silah yolladıq. Amma məncə, bu silahları kürdlər ələ keçirib”, – deyə Tramp vurğulayıb.

Musavat.com

Şərhlər