Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Başqa ad, başqa həyat: 32 il əvvəl itən qadın tapıldı
Başqa ad, başqa həyat: 32 il əvvəl itən qadın tapıldı

ABŞ-də 1994-cü ildə itkin düşən Kristina Mari Plante 32 ildən sonra sağ tapılıb.

Reportyor.tv xəbər verir ki, Arizona ştatının Gila dairəsi Şerif Ofisinin məlumatına görə, o, 13 yaşında ikən evdən çıxaraq atının saxlandığı tövləyə gedib və bundan sonra izsiz yoxa çıxmışdı.

Hadisədən sonra polis və könüllülərin iştirakı ilə genişmiqyaslı axtarışlar aparılsa da, illərlə nəticə əldə olunmayıb və iş “soyuq dosye” kimi bağlanmışdı. 2026-cı ildə isə istintaq yenidən açılıb və müasir texnologiyaların köməyi ilə qadının sağ olduğu müəyyən edilib.

Rəsmilərin bildirdiyinə görə, araşdırmada süni intellekt dəstəkli məlumatların müqayisəsi — fotoşəkillər, barmaq izləri və itkin şəxslər bazasının uyğunlaşdırılması əsas rol oynayıb.

Məlum olub ki, Kristina Mari Plante illər boyu başqa ad altında, başqa ailə ilə birlikdə yaşayıb və keçmişi barədə heç kimə məlumat verməyib. Hazırda onun 40-dan çox yaşı var.

Hüquq-mühafizə orqanları qadının şəxsi həyatına hörmət edərək onun harada yaşadığını və bu illər ərzində hansı şəraitdə olduğunu açıqlamır. Bildirilir ki, hazırda hadisə ilə bağlı aktiv cinayət işi aparılmır.

Musavat.com

Şərhlər