Bakı Moskva görüşündə vacib nailiyyət əldə etdi – Zülfüqarov
Tarix: 12-01-2021, 11:48
Baxılıb: 823
Google+ Paylaş
Tumblr Paylaş

Bakı Moskva görüşündə vacib nailiyyət əldə etdi – Zülfüqarov

12-01-2021, 11:48

“Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə Moskvada baş tutan görüşlərlə bağlı ilk növbədə onu qeyd etmək lazımdır ki, rəsmi Bakı üçün çox vacib olan bir məsələ - üçtərəfli bəyannamədə göstərilən Naxçıvanla Zəngəzuru birləşdirən Mehri dəhlizinin bərpasının praktik cəhətdən icrası ilə bağlı çox vacib nailiyyət əldə edildi. Orada vacib məqamlardan biri ondan ibarətdir ki, bu yolun bərpasında təkcə Azərbaycanın yox, həm də Rusiyanın maraqları var”.
Bunu Publika.az-a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov yanvarın 11-də Rusiya paytaxtında Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin iştirakı ilə baş tutan üçtərəfli görüşün nəticələrindən danışarkən deyib. Politoloqun fikrincə, bununla Bakı ilə Ankara arasındakı ticari əlaqələr daha da yüksələn xətlə inkişaf edəcək:
“Bəlkə bu prosesə gələcəkdə İran da qoşulacaq. Biz bilirik ki, Naxçıvanda artıq hazır olan və sovetlər dövründən bəri istifadə olunan bir bağlantı – dəmir yolu xətti var. Bu baxımdan Moskva görüşündəki bəyanatda əks olunan bu müddəa çox vacib və gələcəkdə böyük dividendlər gətirən bir layihədir. Artıq üçtərəfli bəyannamənin nəticəsində Ermənistan bu münaqişənin bir tərəfi kimi heç bir səlahiyyətə malik olmayacaq. Dağlıq Qarabağdakı erməni əhalisi ilə bağlı məsələləri Azərbaycan öz qərarı ilə Rusiya-Türkiyə formatında həll etmək niyyətindədir. Bu baxımdan həmin niyyətin qarşısını almaq üçün bu bəyanatlar verilir”.
Tofiq Zülfüqarovun fikrincə, ümumiyyətlə, Moskva görüşünə baxanda biz görürük ki, Azərbaycan bəzi məqamlarda incə, eyni zamanda effektiv strategiya tətbiq edir:
“Erməni tərəfinin qərbyönümlü istəklərinin qarşısını almaq üçün Rusiya-Türkiyə formatını irəli sürür. Eyni zamanda, Kremlin siyasətində olan ermənipərəst meylləri regionda məhz Türkiyənin varlığı ilə neytrallaşdırır. Gördüyünüz kimi bəzi məqamlarda tətbiq olunan bu incə sxem çox effektiv şəkildə dünənki Moskva görüşündə özünü büruzə verdi. Hesab edirəm ki, bu, bizim uğurlarımızı təmin edən bir strategiyadır. Həm də gələcəkdə buna bənzər naliyyətlər əldə etməyə imkan yaradan amildir”.
Qeyd edək ki, Moskva görüşünün sonunda üç tərəfin iştirakı ilə bəyanat imzalanıb.
Reportyor.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ