Tovuzda itkin düşən məktəbli TAPILDI: Hazırda...
Tarix: 4-04-2025, 09:26
Baxılıb: 510
Google+ Paylaş
Tumblr Paylaş

Tovuzda itkin düşən məktəbli TAPILDI: Hazırda...

4-04-2025, 09:26

Tovuzda itkin düşən 13 yaşlı qız tapılıb.

Reportyor.tv xəbər verir ki, bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
O bildirib ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A.S.-nin yeri Gəncə şəhərində müəyyən edilərək Tovuz Rayonuna gətirilib.

"Hazırda ailəsinə təhvil verilməsi gözlənilir", - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, Tovuz rayonun Bozalqanlı kənd sakini, 2012-ci il təvəllüdlü A.Süleymanova aprelin 2-də axşam saat 18:00 radələrində oxuduğu Bozalqanlı kənd tam orta məktəbindən çıxıb və evə geri qayıtmayıb. İki gün idi onun axtarışları davam edirdi.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ