Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Rusiya Hindistandan benzin idxalına başlayıb
Rusiya Hindistandan benzin idxalına başlayıb

Son bir həftədə görünməmiş yanacaq qıtlığı yaşayan Rusiya Hindistandan benzin almağa başlayıb.

Reportyor.tv beynəlxalq mediaya istinadla xəbər verir ki, artıq Hindistandan Rusiyaya dəniz yolu ilə təxminən 60.000 ton benzin göndərilib, ümumi idxal planı isə ayda 400.000 tondur.

Reuters-in məlumatına görə, Rusiya təkcə Hindistandan deyil, həm də Belarusdan ayda 400.000 tona qədər benzin almağı planlaşdırır.

Sənaye mənbələri bildiriblər ki, yayda Rusiyada gündəlik benzin istehlakı təxminən 110.000 tona çatır.

İyun ayında Rusiya neftinin Hindistana tədarükü rekord həddə çatıb.

Daha əvvəl, Ukraynanın neft emalı zavodlarına zərbələrindən sonra benzin çatışmazlığı səbəbindən Rusiya hakimiyyəti yanacaq qiymətlərinin dəyişməsi ilə bağlı məlumatları gizlədib.

Ukraynanın Rusiyanın neft emal zavodlarına kütləvi dron hücumu nəticəsində federasiyanın, demək olar ki, bütün bölgələrində NEZ-lərin fəaliyyəti iflic olub.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti