Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » İdman » Tramp forvardın qırmızı kartını ləğv etdirdi – Belçika və UEFA etiraz edir
Tramp forvardın qırmızı kartını ləğv etdirdi – Belçika və UEFA etiraz edir

FİFA ABŞ milli komandasının hücumçusu Folarin Baloquna Donald Trampın çağırışından sonra dünya kubokunun 1/8 final matçında Belçika ilə oynamaq icazəsi verib.

Reportyor.tv xarici mediaya istinadla xəbər verir ki, 25 yaşlı Baloqun Bosniya və Herseqovina ilə oyunda müdafiəçiyə qarşı kobudluğa görə qırmızı vərəqə alaraq meydandan qovulub. FİFA qaydalarına görə, amerikalı futbolçu 7 iyulda Belçika ilə 1/8 final matçını buraxmalı idi.

Mənbələr “Röyters” və CNN-ə bildiriblər ki, Tramp FİFA prezidenti Canni İnfantinoya zəng edərək Baloqunun cəzasını yenidən nəzərdən keçirilməsini istəyib.

FİFA daha sonra Baloguna Belçika ilə oyunda iştirak etmək üçün icazə verib və onu bir il müddətinə şərti cəzaya məhkum edib. Təşkilatın açıqlamasında deyilir: "FIFA intizam məcəlləsinin 27-ci maddəsinə uyğun olaraq, cəza ləğv edilir və oyunçu bir il müddətinə şərti cəzaya məhkum edilir".

FİFA nümayəndələri qərarın səbəblərini izah etməyiblər.

"Düzgün iş gördüyünüz və ciddi ədalətsizliyi düzəltdiyiniz üçün FİFA-ya təşəkkür edirəm!" — ABŞ prezidenti Donald Tramp sosial media hesabı olan Truth Social-da yazıb.

Belçika Futbol Assosiasiyası FİFA-nın qərarından "dəhşətə gəldiyini" bildirib və bunun mundial qaydalarının müddəalarına birbaşa zidd olduğunu qeyd edib.

"Əgər bu anlaşılmaz qərarın səbəbi həqiqətən də telefon zəngidirsə, bu, futbolun və idmanın ən fundamental qaydalarının kobud şəkildə pozulmasıdır", - Belçika xarici işlər naziri Maksim Prevost bildirib.

Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) da FİFA-nın qərarını tənqid edərək onu "görünməmiş, anlaşılmaz və əsassız" adlandırıb.

UEFA-nın açıqlamasında deyilir: "Qırmızı vərəqədən sonra minimum avtomatik bir oyunluq cəza diskresion hüquq deyil və səlahiyyətli orqanın qərarını tələb etmir. Bu, qaydalarda təsbit edilmiş bir prinsipdir və istisnalara məruz qala bilməz, xüsusən də bir neçə digər oyunçunun oxşar vəziyyətdə qaldığı və cəzalarını çəkdiyi turnirin ortasında".

Bəyanatda deyilir: "Qaydalara uyğunluq zəmanəti artıq onların qəyyumları tərəfindən tətbiq edilmədikdə, oyunun bütövlüyü təhdid altında olur və yarışa etibar sarsılır. Eynilə, bu qərar hazırkı turnirdə də bir presedent yaradır, burada oxşar vəziyyətlər artıq bərabər münasibət tələb edəcək və bu da yarışa zərər verəcək".

CNN qeyd edir ki, Tramp və İnfantino arasında dostluq münasibətləri qurulub və FİFA prezidenti tez-tez Ağ Evin yanında olur. Məsələn, o, keçən il Misirdə Qəzza sülh sammitində iştirak edib və Trampın ikinci müddətə andiçmə mərasimindən sonra İnstaqramda yazıb: "Birlikdə təkcə Amerikanı deyil, həm də dünyanı böyük edəcəyik".

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti