Ölkə vətəndaşları hökumətin fəaliyyətini bəyənir -Sorğunun nəticələri
Tarix: 18-05-2020, 15:21
Baxılıb: 66
Google+ Paylaş
Tumblr Paylaş

Ölkə vətəndaşları hökumətin fəaliyyətini bəyənir -Sorğunun nəticələri

18-05-2020, 15:21

"Vətəninfo.az” informasiya agentliyinin "Strateji araşdırmalar mərkəzi” koronovirus pandemiyası ilə bağlı respublika hökuməti tərəfindən həyata keçirilən tədbirlərin əhali tərəfindən necə qarşılandığını öyrənmək məqsədi ilə sorğu keçirmişdir. Sorğuda respondentlərə aşgıdakı sualla müraciət edilib:
-Koronovirus (COVİD-19) pandemiyası ilə bağlı ölkəmizdə hökumət tərəfindən həyata keçirilən kompleks tədbirləri necə qiymətləndirirsiniz ?
785 nəfər respondentin iştirak etdiyi sorğunun nəticələri aşağıdakı kimi olub:
1)Tam qənaətbəxş qiymətləndirirəm - 702 nəfər, 89,43%
2)Qismən qənaətbəxş qiymətləndirirəm - 64 nəfər, 8,15 %
3)Qeyri-məqbul qiymətləndirirəm - 19 nəfər, 2,42 %
Sorğuda iştirak edənlərin 387 nəfərini, yəni 49,3%-ini kişilər, 398 nəfərini, yəni 50,7%-ini isə qadınlar təşkil edib.
Respondentlərdən 321 nəfəri, yəni 40,89 %-i orta təhsilli, 38 nəfəri, yəni 4,84 %-i orta-ixtisas təhsilli, 379 nəfəri, yəni 48,28 %-i ali təhsilli, 19 nəfəri, yəni 2,42 %-i doktorant və elmi dərəcəsi olanlar, 28 nəfəri, yəni 3,57 %-i isə tələbələr olub.
Sorğuda 722 nəfər, yəni 40,89 % işləyən, 24 nəfər, yəni 3,06 % işsiz, 39 nəfər, yəni 4,97 % isə təqaüddə olan respondent iştirak edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ