Günün ULDUZ FALI: Sizdən istifadə etməyə çalışacaqlar
Tarix: 11-09-2020, 00:38
Baxılıb: 1 160
Google+ Paylaş
Tumblr Paylaş

Günün ULDUZ FALI: Sizdən istifadə etməyə çalışacaqlar

11-09-2020, 00:38

Reportyor.tv dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - asan və xoş ünsiyyətlər, görüşlər, işvə-naz və yüngül flirt günüdür. Vacib məsələlərin həllinə çalışmayın, onsuz da onlara lazımi ciddiliklə yanaşa bilməyəcəksiniz. Gizli saxlamaq istədiyiniz bir məlumatın yayılması mümkündür: narahatlığınıza rəğmən, bunun sizə ziyanı dəyməyəcək
Buğa - bu gün şayiələr çox olacaq, heç birinə inanmayın. Qadınlarla münasibətlərdə təmkinli və ehtiyatlı olun: onlar öz maraqları xatirinə sizdən istifadə etməyə çalışacaqlar.
Əkizlər - aktivlik bir çox işinizi irəlilədəcək. Bir növ - Veni-Vidi-Vici. Amma məhz lazım olan yerə getmək lazımdır. Yəni ölçüb-biçmək pis olmaz. Uğurlu işgüzar səfərlər mümkündür. Biznesmenlər öz işlərini genişləndirmək şansı qazanacaqlar.
Xərçəng - vacib sənədlər, eyni zamanda şəxsi həyatınıza aid olanları imzalaya bilərsiniz. Ziyafətlər gözləntinizi doğrultmayacaq. Axşam dostlarınızla aranızda ciddi fikir ayrılıqları mümkündür.
Şir - vaxtında kömək üçün müraciət etsəniz, çox şeyə nail ola bilərsiniz. Ancaq lazımi adamı tapmaq asan olmayacaq. İntuisiyanız, elə bil, ağzına su alıb. Kütlə qarşısında çıxışlar pis keçmir, amma çox yorur. Başağrısı, yaxud halsızlıq qazana bilərsiniz.
Qız - maliyyəyə aid işlərdə ağıl nümayiş etdirirsiniz. Sövdələşmələr, iri alış-veriş üçün münasib gündür. İstedadlarınız üzə çıxır. Yeni pərəstişkarlarınız peyda olur.
Tərəzi - bu gün çox çətin olacaq, yalnız axşama doğru müsbət tendensiyalar özünü göstərəcək. Bir qırağa çəkilin, gizlənin və gözləyin - bu, xoşagəlməz situasiyalardan qurtulmağın yeganə yoludur. Rəhbərlikdən, nüfuzlu adamlardan, dövlət idarələrinin işçilərindən uzaq durun.
Əqrəb - güclü və müdrik bir insanın dəstəyini qazana bilərsiniz. Ancaq bu o halda mümkündür ki, siz onun elə də xoşunuza gəlməyən məsləhətinə əməl etməyə özünüzdə güc tapasınız. Ailədəki fikir ayrılıqları sizi ciddi görünmür, amma onların kökü uzaq keçmişlə bağlıdır, düşünməyə dəyər.
Oxatan - Xoş bir gün olacaq. Yaxşı əhval-ruhiyyəni günün sonunadək qoruya bələcəksiniz. Sizi sevindirmək üçün çox az şey gərəkdir. Sevdiyiniz adam sizdən diqqət və qayğını əsirgəmir. Dostlarla ünsiyyət üçün əla gündür. Onlar sizin hər bir ideyanızı dəstəkləyəcəklər.
Oğlaq - gün xoş keçəcək. İstənilən faydalı fəaliyyət üçün münasib gündür. Yaradıcı potensialınız yüksəkdir, həm özünüzün, həm sizə yaxın olan insanların həyatını maraqlı etməyə çalışırsınız.
Dolça - günün birinci yarısı həddən artıq diqqət və ehtiyat tələb edəcək. Bu dövrdə yaxşı olardı ki, ümumiyyətlə heç nə etməyəsiniz, amma belə bir imkan çətin yarana. Ən azından, vacib qərarlar verməyə, bütün körpüləri yandırmağa tələsməyin. Həm fiziki, həm mənəvi gücünüzü qoruyub saxlayın.
Balıqlar - işdə vəziyyət elə də parlaq deyil, çünki bu sizi tamamilə maraqlandırmır. Eyni zamanda vəzifənizi düzgün yerinə yetirməkdən də imtina etmirsiniz və rəhbərlik sizdən razıdır. / Milli.Az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ