Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Ağır Cinayətlər Məhkəsinin Hakimi Cinayətkara hansı qanunla ev tustaqlığı verdi? Məqsəd nədir?
Ağır Cinayətlər Məhkəsinin Hakimi Cinayətkara hansı qanunla ev tustaqlığı verdi? Məqsəd nədir?

Azərbaycan Respublikasının Ali Məhkəməsinə
SURƏTİ: Məhkəmə-Hüquq Şurasına
SURƏTİ: Azərbaycan Respublikası Prezident Administrasiyasına
Şikayətçi: zərərçəkmiş Məmmədli Xəyal Teyyər oğlu
Cinayət işi üzrə: təqsirləndirilən İlyasov Şahin Kamil oğluna münasibətdə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 13.04.2026-cı il tarixli, 1(124)-430/2025 nömrəli qərarı və ümumi cinayət işinin gedişatından
ŞİKAYƏT
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2026-cı il tarixli qərarı ilə təqsirləndirilən İlyasov Şahin Kamil oğlu barəsində əvvəllər seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir.
Həmin qərar zərərçəkmiş şəxs qismində mənim qanuni mənafelərimə, təhlükəsizliyimə və cinayət prosesində sərbəst iştirak etmək hüququma birbaşa toxunur. Çünki məhkəmə qətimkan tədbirinin dəyişdirilməsi barədə nəticəyə gələrkən iş üzrə mövcud riskləri formal qaydada kənara qoymuş, faktiki vəziyyətdə baş vermiş hər hansı yeni və mühüm dəyişiklikləri göstərməmiş, əksinə əvvəldən mövcud olan hallara istinad etməklə əsassız nəticəyə gəlmişdir.
Ən başlıca məqam ondan ibarətdir ki, məhkəmənin qərarda istinad etdiyi hallar yeni hallar deyildir. Təqsirləndirilən şəxsin daimi yaşayış yerinin olması, ailə vəziyyəti, uşaqlarının olması, şəxsiyyətini səciyyələndirən məlumatlar, üzərinə əmlak həbsinin qoyulması və sair hallar bu qərarın qəbul edildiyi gün yaranmamış, əvvəldən mövcud olmuşdur. Deməli, həmin halların dəyişmədiyi bir şəraitdə daha ağır qətimkan tədbirinin daha yüngül qətimkan tədbiri ilə əvəz olunması üçün qanuni və faktiki əsaslar ayrıca, inandırıcı və konkret şəkildə göstərilməli idi. Lakin qərarda belə əsaslandırma yoxdur.
Qərardan görünür ki, zərərçəkmiş şəxslər və onların nümayəndəsi qətimkan tədbirinin dəyişdirilməsinə etiraz etmiş, təqsirləndirilən şəxsin əvvəlki məhkumluğu ödənilmədən yeni cinayət əməli törətdiyini, yəni islah olunmadığını, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə əsaslar olmadığını bildirmişlər. Buna baxmayaraq, məhkəmə həmin ciddi etirazları real və tutarlı arqumentlərlə cavablandırmamışdır.
Xüsusilə qeyd edilməlidir ki, iş üzrə bütün şahidlər və zərərçəkmiş şəxslər hələ dindirilməmişdir. Belə olan halda təqsirləndirilən şəxsin onlara təzyiq göstərmək, ifadələrə qanunsuz təsir etmək, cinayət prosesinin normal gedişinə mane olmaq riskinin aradan qalxdığını söyləmək
mümkün deyildir. Məhkəmə isə bu riskləri sadəcə aradan qalxmış kimi qəbul etmiş, lakin bunun nəyə əsaslandığını göstərməmişdir.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə görə qətimkan tədbiri, o cümlədən həbs qətimkan tədbiri, təqsirləndirilən şəxsin cinayət işindən gizlənməsinin, ibtidai istintaqa və ya məhkəmə baxışına mane olmasının, o cümlədən zərərçəkmişə və şahidlərə təzyiq göstərməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə isə qətimkan tədbirinin dəyişdirilməsi barədə qərar qəbul edərkən CPM-in 155.1-ci maddəsində nəzərdə tutulan risklərin, habelə CPM-in 155.1.2-ci maddəsində nəzərdə tutulan zərərçəkmişlərə və şahidlərə qanunsuz təsir etməklə məhkəmə baxışının gedişinə mane olma riskinin hansı səbəbdən aradan qalxdığını əsaslandırmamışdır.
Bundan əlavə, məhkəmə CPM-in 155.3-cü maddəsinin tələblərini də birtərəfli qiymətləndirmişdir. Həmin norma qətimkan tədbiri seçilərkən təqsirləndirilmiş şəxsin xarakter və ağırlığını, şəxsiyyətini səciyyələndirən məlumatları və digər amilləri nəzərə almağı tələb etsə də, işin ağır cinayətlər kateqoriyasına aid olması, təqsirləndirilmiş şəxsin əvvəl məhkum olunması, islah olunmadığı dövrdə yeni cinayət törətməsi, habelə zərərçəkmişlərin və şahidlərin hələ dindirilməməsi kimi hallar CPM-in 155.2-ci maddəsində nəzərdə tutulan qətimkan tədbirinin dəyişdirilməsi ilə açıq ziddiyyət təşkil edir.
Qərarda ibtidai istintaq yekunlaşdığı üçün materialların gizlətmək və ya saxtalaşdırmaq ehtimalının olmadığı göstərilsə də, bu, cinayət prosesinin digər risklərinin də aradan qalxması anlamına gəlmir. İbtidai istintaq başa çatsa belə, zərərçəkmişlər və şahidlər hələ məhkəmə iclasında dindirilməmişdirsə, bu risk daha real xarakter daşıyır.
Təqsirləndirilən şəxsin əvvəl məhkum olunması və hətta iki məhkumluğu ödənilmədən yeni cinayət əməli törətməsi onun şəxsiyyətini mənfi səciyyələndirir, yeni cinayət törətmək və məsuliyyətdən yayınmaq riskini gücləndirir. Məhkəmə qərarında bu xüsusat qeyd olunmuş, lakin həmin halların hüquqi nəticəsi lazımi qaydada dəyərləndirilməmişdir.
Ali Məhkəmə Plenumunun qətimkan tədbirlərinə dair hüquqi mövqeyinə əsasən, həbs qətimkan tədbirinin dəyişdirilməsi formal mülahizələrə deyil, real və obyektiv əsaslara istinad etməlidir. Qətimkan tədbirinin dəyişdirilməsi üçün yeni mühüm halların yaranması konkret göstərilməli, nəticə isə materiallar ilə təsdiqlənməlidir. Məhkəmənin qərarında isə hansı halların dəyişdiyi, əvvəlki risklərin hansı səbəbdən aradan qalxdığı obyektiv və inandırıcı şəkildə əsaslandırılmamışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin məntiqinə, habelə cinayət-prosessual qanunvericiliyin zərərçəkmiş şəxsin hüquqlarını qoruyan normalarına görə dövlət zərərçəkmiş şəxsin təhlükəsizliyini, sərbəst ifadə vermək imkanını və prosesdə maneəsiz iştirakını təmin etməlidir. Təqsirləndirilən şəxsin bu mərhələdə azadlığa buraxılması zərərçəkmiş tərəfdə real qorxu və gərginlik yaradır, bu isə onun məhkəmədə sərbəst və maneəsiz ifadə vermək hüququnu birbaşa məhdudlaşdırır.
Cinayət-Prosessual Məcəllənin mənasına görə qətimkan tədbirinin dəyişdirilməsi formal mülahizələrə deyil, real prosessual vəziyyətin dəyişməsinə söykənməlidir. Məhkəmə isə konkret təhlükələrin azalmasını və ya aradan qalxmasını göstərmədən, əvvəldən mövcud olan halları yenidən sadalamaqla kifayətlənmişdir. Bu isə məhkəmə qərarının yetərli əsaslandırma meyarına cavab vermədiyini göstərir.
Belə yanaşma zərərçəkmiş şəxslərin hüquqlarının, məhkəmə araşdırmasının səmərəliliyinin və cinayət mühakimə icraatının məqsədlərinin lazımi səviyyədə qorunmaması ilə nəticələnir. Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin əsassız yumşaldılması onun məsuliyyətdən yayınması, proses iştirakçılarına təsir göstərməsi və məhkəmə araşdırmasının gedişinə mane olması üçün əlavə imkan yaradır.
Bütün bunlar belə nəticəyə gəlməyə əsas verir ki, iş üzrə qətimkan tədbirinin dəyişdirilməsi obyektiv zərurətdən deyil, birtərəfli və yetərincə əsaslandırılmamış yanaşmadan irəli gəlmişdir. Bu isə məhkəmənin qərəzsizliyinə və obyektivliyinə dair ciddi şübhələr yaradır.
Bundan başqa, qeyd edilən hallar Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimlərinin hərəkətlərində “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 111-ci maddəsi baxımından intizam pozuntusu əlamətlərinin olub-olmamasının araşdırılmasını zəruri edir. Çünki maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması, tərəflərin prosessual bərabərliyinə xələl gətirən yanaşma və iş üzrə mühüm risklərin lazımi qaydada qiymətləndirilməməsi barədə əsaslı şübhələr mövcuddur.
Bu səbəbdən xahiş edirik ki, göstərilən məsələ nəzarətə götürülsün, aidiyyəti üzrə obyektiv araşdırılsın, məhkəmə hakimlərinin hərəkətlərinə hüquqi qiymət verilsin və təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmasının, zərərçəkmişlərə və şahidlərə təzyiq göstərmək imkanının qarşısının alınması üçün qanunvericilik çərçivəsində müvafiq tədbirlər görülsün.
XAHİŞ EDİRƏM:
1.Cinayət işinin gedişatının nəzarətə götürülməsi və şikayət üzrə göstərilən halların obyektiv, hərtərəfli və qərəzsiz araşdırılmasını;
2.Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 13.04.2026-cı il tarixli, 1(124)-430/2025 nömrəli qərarında qətimkan tədbirinin dəyişdirilməsinin əsaslılığına münasibətdə nəzarət tədbirlərinin həyata keçirilməsini;
3.İş üzrə şahidlərin və zərərçəkmişlərin hələ dindirilməməsi, təqsirləndirilən şəxsin əvvəlki məhkumluğu, şərti məhkumluq dövründə yeni cinayət əməli törətməsi və onlara təzyiq göstərmək riskinin qalması kimi mühüm halların nəzərə alınmamasına hüquqi qiymət verilməsini;
4.Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimlərinin hərəkətlərində “Məhkəmələr və hakimlər haqqında” Qanunun 111-ci maddəsində nəzərdə tutulmuş intizam pozuntusu əlamətlərinin olub-olmamasının araşdırılmasını;
5.İşin gedişatında prosessual bərabərliyin və zərərçəkmiş tərəfin təhlükəsizlik hüququnun təmin olunması üçün zəruri və operativ tədbirlərin görülməsini;
Əlavə: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 13.04.2026-cı il tarixli, (1(124)-430/2025 nömrəli qərarının surəti.

Köhnə ərarının əksini verən hakimi sizdə tanıyın:

Təqsirləndirilən şəxs İlyasov Şahin Kamil oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkəməyə verilsin.
Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı:
Sədrlik edən hakim Asif Əliyev imzaladı.
Hakim Aynur Rzayeva imzaladı, Hakim Fəhmin Hümbətov imzaladı
Məhkəmənin adı: Sumqayıt Ağır Cinayətlər Məhkəməsi
Sənədin elektron yüklənmə ünvanı:
http://e-mehkeme.gov.az/signed/ShowEdoc?guid=2b04183aa3844894b29a5fb66395ef58⁠�
Qeyd: «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur.
2/3
İşin məhkəmə baxışı hakimlər Əliyev Asif Əmrah oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə 29 sentyabr 2025-ci il tarixə, saat 10:00-a Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalına təyin edilsin.
Təqsirləndirilən şəxs İlyasov Şahin Kamil oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın.
Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Nəhmətov Fazil İldır oğlu təqsirləndirilən şəxs İlyasov Şahin Kamil oğlunun müdafiəçisi qismində işə buraxılsın.
Təqsirləndirilən şəxs İlyasov Şahin Kamil oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə təqsirləndirilən şəxsin müdafiəçisi Nəhmətov Fazil İldır oğlu tərəfindən verilmiş şifahi vəsatət təmin edilməsin.
Məhkəmə baxışı cinayət prosesi tərəflərinin iştirakı ilə açıq məhkəmə iclasında, Azərbaycan dilində aparılsın.
Dövlət ittihamçısının, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxslərin nümayəndəsinin, təqsirləndirilən şəxsin, müdafiəçinin və ittiham aktına əlavə edilmiş siyahıda göstərilmiş şahidlərin məhkəmə iclasında iştirak etmələri təmin edilsin.

Reportyor.tvolaraq qarşı tərəfi dinləməyə hazırıq

Əlavə olaraq onu da qeyd edə bilərik ki, şikayətçinin problemini müdafiə edən şəxs zamanında avtoqəza zamanında insan ölümünə səbəbkar olan bir vəkilin "kontor"-unun vəkilidir. İnsan ölümünə səbəbkar olan bir şəxs necə ola bilər ki, hansısa vəkil bironuna rəhbər ola?

Qeyd olaraq onu da deyə bilərik ki, büro rəhbəri ölümdən sonra qanunveiriciliyin yazılmamış qanunları varsa, ona əsasən Hakim olmaq iddiasındadır

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti