Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Kadırov gülməməsinin səbəbini AÇIQLADI
Kadırov gülməməsinin səbəbini AÇIQLADI

Çeçenistan rəhbəri Ramzan Kadırov öz “Telegram” kanalında niyə gülmədiyini izah edib.

Reportyor.tv xəbər verir ki, onun sözlərinə görə, hazırda ciddi olmaq və diqqəti cəmləmək vaxtıdır.

O bildirib ki, düşmənlər hələ də planlar qurur və intriqalar yaradır, lakin çeçenlər buna baxmayaraq möhkəm və sarsılmaz qalırlar.

“Artıq çoxdan məni gülərkən görmürsünüz. Mən gülmürəm, gözləyirəm. Baxıram. Yadda saxlayıram”, – deyə Kadırov qeyd edib.

“Onlar qaranlıqda nə qədər pıçıldasalar da, nə qədər planlar qursalar da, qələbəmiz uzaqda deyil”, – Çeçenistan rəhbəri deyib.

Musavat.com

Şərhlər