Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Şəhid qızının atası haqqında xatirələri
Şəhid qızının atası haqqında xatirələri

Şuşa şəhərində Xəzri Əzizovun ailəsini tanımayan yox idi. O, dərzi işləyirdi. Zəhmətkeşliyi, səmimiliyi ilə fərqlənirdi. Ailəsində beş oğlan, bir qız övladına vətənini, millətini, insanlığı sevməyi öyrətmişdi. O biri övladları kimi Fazil də ,,Qondarma Qarabağ " hadisələri zamanı ermənilərə qarşı mübarizəyə qoşuldu.
Fazil Əzizov 1962-ci il 20 iyulda Şuşada anadan olmuşdu. Üzeyir Hacıbəyov adına 1 nömrəli orta məktəbdə səkkizillik təhsilini bitirdikdən sonra peşə məktəbində təhsilini davam etdirmişdi.Özbəkistanda Karşi şəhərində daxili qoşun bölməsində hərbi xidmətdə olmuşdu. Hərbi xidmətdən qayıtdıqdan sonra Şuşa şəhər kino birliyində işləməyə başlamışdı. Kinoteatr, sanatoriya, turist bazası, yay istirahət düsərgələrində, rayonun kənd klublarında müxtəlif mövzularda kino verməklə Azərbaycan mədəniyyətinin təbliğində , insanların mədəniyyət sahəsində maariflənməsində , uşaq və gənclərin vətənpərvər ruhda böyümələri üçün əlindən gələni edirdi.
Fazil Əzizov erməni qaniçənlərinə qarşı könüllülərdən təşkil olunan Milli Ordu dəstəsinə qoşulur .1988 - 1992-ci illər ərzində lazım gəldikdə döyüşür, lazım gəldikdə postda dayanır, ermənilərlə atışmada həmişə onları susdurur, geri çəkilmələrinə müvəffəq olurdu. Şəhərin müdafiəsində silah-sursatın vaxtında döyüşçü yoldaşlarına çatdırılmasında böyük xidmətləri olmuşdur.
Söhbət əsnasında deyirdi ki, biz şuşalılar daim öndə getməliyik, çünki hər bir cığırı biz tanıyırıq. Başqa bölgələrdən gələn döyüşçülər isə arxamızca gəlməlidilər. Ölümün gözünə dik baxırdı. Döyüş tapşırıqlarını yerinə yetirirdi. Arzusu torpaqlarımızdan murdar erməniləri, qəsbkar daşnakları qovub çıxarmaq idi. Deyirdi onlara yaxşılıq düşmür. Zaman-zaman torpaqlarımıza sahib olublar. Ğəmidə oturub gəmiçi ilə dava edirlər O, elinə-obasına, vətəninə çox bağlı idi. Şirr saxlamağı bacarırdı. Dostları da özü kimi dürüst, vətənə sadiq idilər.
1992-ci ilin yanvar ayının 28-də döyüş tapşırığını yerinə yetirərkən Ağdamdan Şuşaya gəldiyi helikopter ermənilər tərəfindən Şuşa səmasında vurulur. Fazil Xəzri oğlu Əzizov Şəhidlik zirvəsinə yüksəlir. Cıdır Düzündə "Şəhidlər Xiyabanı"nda torpağa tapşırılır.
Fazil həm də evli idi. Əbədiyyətə qovuşduqdan 3 ay sonra qız övladı dünyaya göz açır. Şəhid anası Qənirə müəllimə övladından xatirə olaraq nəvəsinə Xatirə adını qoyur.
Şəhidimizin arzusu 28 il sonra yerinə yetdi. 2020-ci ilin noyabrın 8-də müdrik Sərkərdə, Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin başçılığı altında müzəffər Ordumuz Şuşa şəhərini mənfur erməni işğalçılarından qəhrəmanlıqla azad etdilər.
Tarixin ən şərəfli səhifələrindən biri gözlərimizin önündə yazılır. Biz bu möhtəşəm Qələbənin canlı şahidlərindən biri olmaqla ömür boyu fəxr edəcəyik. Allah bütün Şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə şəfa versin.
Yaşasın xalq-dövlət-ordu birliyi - Dəmir Yumruq !
Yaşasın Bütöv Azərbaycan!!!

Şərhlər