
Almaniyada mobil bomba sığınacaqlarının satışa çıxarılması planlaşdırılır.
Publika.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Məlumata görə, modulların qiyməti təxminən 150 min avrodur. Sığınacaqdakı modullar 16 kvadratmetr sahəsi və 2,8 metr hündürlüyü, 20 santimetr qalınlığında divarları olan qaraja bənzər bir məkan kimi dizayn edilib. Burada tualet, duş, kiçik mətbəx, dörd qatlanan çarpayı və təbiət mənzərəsinin göründüyü pəncərəni təqlid edən böyük ekran yerləşdirilib.
Bu bunkerdə təxminən bir həftə çölə çıxmadan yaşamaq olar. Belə bunkerlər dron zərbələrinə və xüsusi mühafizə ilə hətta 107 mm-lik raketlərə də tab gətirə bilir.
70 günə hazırlanan sığınacaq yerin altına basdırıldıqda episentri 20 km-dən yaxın məsafədə olmayan nüvə partlayışının təsirlərindən də qorunur.
Qeyd edək ki, bunkerin prototipi "BSSD Defence" və "Veloform" şirkətləri tərəfindən yaradılıb.
Reportyor.tv






Şərhlər