
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları mühüm əməliyyat reallaşdırıblar.
Publika.az-ın məlumatına görə, bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin birinci müavini Laşa Maqradze məlumat yayıb. O qeyd edib ki, xidmətin əməkdaşları Tbilisidə üç Çin vətəndaşını saxlayıblar. Kəşfiyyat orqanının məlumatına görə, onlar qanunsuz olaraq iki kiloqram uran əldə etdikdən sonra onu Rusiya vasitəsilə vətənlərinə daşımağı planlaşdırırlarmış.
Onun sözlərinə görə, şübhəlilər 400.000 dollara nüvə materialı almağı planlaşdırıblar. Həbs əməliyyatı Dövlət Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat və xüsusi əməliyyat şöbələri tərəfindən birgə həyata keçirilib.






Şərhlər