Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Bu adada ömürlük siqaret qadağası tətbiq olundu
Bu adada ömürlük siqaret qadağası tətbiq olundu

The Guardian nəşrinin məlumatına görə, Maldiv adalarında 2007-ci il yanvarın 1-dən sonra doğulan bütün şəxslərə tütün məmulatı almaq və çəkmək qadağan edilib.

Reportyor.tv xəbər verir ki, səhiyyə Nazirliyi bildirib ki, qərarın məqsədi “tütünsüz nəsil formalaşdırmaq”dır. Qadağa yalnız yerli əhaliyə deyil, ölkəyə səfər edən turistlərə də şamil olunur.

Xatırladaq ki, Maldiv adaları ekvator üzərində yerləşən, 1191 kiçik mərcan adasından ibarət, dünyanın ən tanınmış lüks kurort bölgələrindən biridir.

Qeyd edək ki, oxşar təşəbbüs hazırda Böyük Britaniyada da müzakirə mərhələsindədir. Yeni Zelandiya isə bu tip qanunu qəbul edən ilk ölkə olmuş, lakin 2023-cü ilin noyabrında — qəbulundan bir ildən az müddət sonra — onu ləğv etmişdi.

Musavat.com

Şərhlər