
“Qiyamət radiosu” hesab olunan UVB-76 radiostansiyası 3 noyabrda yeni bir mesaj yayımlayıb.
Publika.az xəbər verir ki, bu barədə "UVB-76 logs" "Telegram" kanalı məlumat yayıb.
Stansiya Moskva vaxtı ilə saat 15:36-da (Bakı vaxtı ilə 16:36-da ) "NZhTI 16366 SUGUBIY 3087 9610" mesajını yayımlayıb.
UVB-76 1970-ci illərdə yaradılmış radiostansiyadır. Stansiya 1976-cı ildən yayımlanır və xarakterik fon uğultusuna görə "buzer" ləqəbini alıb. Onun mesajlarının əsl məqsədi hələ də məlum deyil. Sosial media istifadəçiləri onları çox vaxt qlobal hadisələrlə əlaqələndirirlər.






Şərhlər