Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür

Bu gün Azərbaycan televiziyasının 69, radiosunun isə 99 yaşı tamam olur.


1926-cı il noyabrın 6-da Azərbaycan radiosunun əsası qoyulub.

Bundan sonra ölkənin mətbuat tarixində yeni mərhələ başlayıb.

1956-cı il noyabrın 6-da isə Bakıda Azərbaycan Televiziyası ilk dəfə efirə çıxıb. Bu hadisə Azərbaycan Teviziyasının yaranma tarixi sayılır.

Azərbaycan teleradiosu ötən illər ərzində milli-mənəvi dəyərlərin təbliğində, ictimai fikrin formalaşmasında və cəmiyyətin məlumatlandırılmasında mühüm rol oynayıb.

Hazırda televiziya və radio sahəsi ölkədə dinamik şəkildə inkişaf edir, rəqəmsal yayım və yeni media texnologiyalarının tətbiqi genişlənir.

Qeyd edək ki, noyabrın 6-sı Azərbaycan Televiziyası və Radiosu Günü olaraq televiziya və radio işçilərinin peşə bayramı kimi qeyd edilir.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti