
Axşam saatlarında serial izləmək, sosial şəbəkələrdə vaxt keçirmək və videoları skroll etmək yuxunun keyfiyyətinə mənfi təsir göstərir və səhər yorğunluğa səbəb olur.
Milli.Az xəbər verir ki, bunu açıqlamasında rusiyalı oftalmoloq Gunva Əl-Tərk bildirib.
Həkim qeyd edib ki, müasir insan gecələr telefonu, planşeti və ya televizoru olmadan yatmağa nadir hallarda gedir. Lakin bu vərdiş yuxu ritmini pozur.
"Gecə saatlarında ekran işığı həm gözlərə, həm də yuxunun keyfiyyətinə mənfi təsir göstərir", - deyə həkim açıqlayıb.
Oftalmoloqun sözlərinə görə, insan bədəni cirkadiyal ritmlərlə yaşayır, melatonin isə yuxu hormonudur və qaranlıqda ifraz olunur. "Ekranlardan, xüsusilə mavi spektrdən gələn işıq retinaya düşəndə melatoninin istehsalı azalır. Beyin isə siqnal alır ki, hələ "gündüzdür", nəticədə insan gec yatır, yuxuya getmək çətinləşir və yuxu səthi olur", - deyə həkim izah edib.
Araşdırmalar göstərir ki, yatmazdan əvvəl telefon və ya planşet istifadə etmək dərin yuxu fazasını 20-30% qısaldır. Bu da səhər özünü yorğun hiss etməyin səbəbidir.
Əl-Tərk həmçinin qeyd edib ki, bu vərdiş gözlərə də zərər verir. Qaranlıqda göz əzələləri tez yorulur, yaxın məsafəyə fokuslanmaq isə siliyar əzələlərin daimi gərginliyinə səbəb olur. Uzun müddət davam edərsə, baş ağrısı və uzağı görmədə problem yarana bilər.
Ekrana uzun müddət baxmaq gözlərdə quruluq, yorgunluq və narahatlıq hissi yaradır. Həkim tövsiyə edir ki, bu problemlərin qarşısını almaq üçün sadə tədbirlər görülməlidir:
"Yuxu - bədənin bərpa prosesi, gözlər isə bunun əsas rolunu oynayır. Axşam gec saatlarda işıq siqnalları alındıqda, beyin anlayır ki, istirahət zamanı deyil. Ən yaxşı mavi işıq filtrini ekranı vaxtında söndürməklə təmin edə bilərsiniz", - deyə Gunva Əl-Tərk yekunlaşdırıb.






Şərhlər